Tovuzda elektrik cərəyanının vurduğu şəxs Bakıya göndərilib - YENİLƏNİB


Tovuz rayon Dəmiryol Vağzalında işçini elektrik cərəyanı vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, vağzalda aparılan işlər zamanı fəhlə ehtiyatsızlıqdan elektrik xəttinə toxunub.

Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılan şəxsin vəziyyəti ağır qiymətləndirilir. Zərərçəkən dəmiryolu xəttində elektrik işlərini görən şirkətlərdən birinin əməkdaşı, 38 yaşlı Röyal Rəcəbalıyevdir.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}