Sumqayıtda minik avtomobilləri toqquşub, ölənlər və xəsarət alanlar var
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16.01.2025-ci il tarixində saat 20:40 radələrində 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub. Bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib. Onlardan 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Digər 2 nəfərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri orta ağırdır. Hadisə zamanı ölənlərin birinin şəxsiyyəti də məlum olub. Belə ki, onun 1960-cı il təvəllüdlü Mehtiyev Yavər Əjdər oğlu olduğu bildirilir. Qəza nəticəsində ölən piyada isə Ceyranbatan qəsəbə sakini, 2003-cü il təvəllüdlü Paşayev İntiqam Qalib oğludur. Şəffaflıq.az
Facebook-da paylaş