Sumqayıtda 16 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır
Sumqayıt şəhərində piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Şəffaflıq.az məlumat verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Fatimə Fətəliyevanı avtomobil vurub. Yaralı dərhal Sumqayıt şəhər uşaq xəstəxanasına çatdırılıb. Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki, 13.12.2025-ci il tarixində saat 19:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunub. Sözügedən şəxsə xəstəxananın təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib. Pasiyent sağ körpücük sümüyün atromial sınığı, sol bazu sümüyünün yuxarı üçdə birinin yerdəyişməyən sınığı diaqnozları və kəllə-beyin travması diaqnozu şübhəsilə reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
Facebook-da paylaş