Abşeronda avtomobilin vurduğu qadın xəstəxanada ölüb
Üç gün əvvəl Abşeronda avtomobilin vurduğu qadın xəstəxanada ölüb. Şəffaflıq.az xəbər verir ki, 11 yanvar 2025-ci il tarixdə Vüsal Hidayətzadə idarə etdiyi "BMW 528" markalı avtomobillə Xırdalan şəhəri ərazisində piyada - 1974-cü il təvəllüdlü Məlahət Məhərrəmovanı vurub. Xəsarət alan piyada 12 yanvar 2025-ci il tarixdə müalicə aldığı xəstəxanada həyatını itirib.
Xəbəri paylaş
Facebook-da paylaş