Oleqlə birgə mühakimə edilən nazir müavini olub


Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivinin (Oleq Bakinski) məhkəməsi başlayıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilir.

Oleq Bakinski həmvətəni Kuçer Konstantin Antonoviçlə birgə mühakimə edilir.

Onlar ikisi də istintaq təcridxanasından məhkəmə zalına gətiriliblər.

Oleq Bakinski məhkəmə prosesi zamanı tərcüməçi istəməyib: “Mənə tərcüməçi lazım deyil. Bakılıyam. Yazmağı, oxumağı da bilirəm”.

İclasda anket məlumatları dəqiqləşdiriləcək, ilkin dinləmələr keçiriləcək.“Qafqazinfo” 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}