Sumqayıt və Abşeronda oğurluq olub, 26 min manatdan artıq ziyan dəyib
Sumqayıt şəhəri və Abşeron rayonunda oğurluq edən üç nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində yerləşən ev və obyektdən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 36 yaşlı E.Sefiyev, 28 yaşlı F.Əlizadə və 32 yaşlı N.Abdullazadə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. Onların oğurluq əməlləri ilə 26 min manatdan artıq maddi ziyanı vurduqları məlum olub. Faktlarla bağlı araşdırmalar aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş