Sumqayıtda 76 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.
Sumqayıtda 76 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb. Şəffaflıq.az xəbər verir ki, hadisə şəhərin altıncı mikrorayonunda qeydə alınıb. Belə ki, 1949-cu il təvəllüdlü Zamiddin Həbibulla oğlu Həbibov yaşadığı doqquz mərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb. O, hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş