Hacıqabulda baş verən yol qəzasında ölənlərin sayı üçə çatıb, dörd nəfər xəsarət alıb


Hacıqabulda baş verən yol qəzasında ölənlərin sayı üçə çatıb, dörd nəfər xəsarət alıb

Şəffaflıq.az-ın məlumatına görə, yanvarın 2-də rayonda baş verən zəncirvari qəza nəticəsində 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı və 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunda Hacıqabul rayonundan keçən hissəsində baş verən zəncirvari qəzasında yeddi nəfər yaralanıb. Onlardan artıq üçü xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}