Şamaxıda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən dava baş verib


Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar – 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Şəffaflıq.az xəbər verir ki, mübahisə zəminində tərəflər bir-birilərinə kəsici alətlə xəsarət yetiriblər.

Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır. Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiq ediblər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}