Cəlilabadda azyaşlı pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarət alıb
Cəlilabad rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. "Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 7 yaşlı Ş.A. pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb. Azyaşlı rayon xəstəxanasına yerləşdirilib. Ona üzün və tənəffüs yollarının 2 və 3-cü dərəcəli yanığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş