Bakıda 26 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs tutulub
Bakıda 26 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nəsimi rayonunda evlərin birindən 1100 manatın oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş İ.Müslümlü müəyyən olunaraq saxlanılıb. Həmçinin, Nəsimi rayonu ərazisində ümumilikdə 26590 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən H.Məmmədli və A. Hüseynova müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş