Qubada avtomobilin vurduğu 83 yaşlı kişi 3 gün sonra ölüb
Qubada avtomobilin vurduğu 83 yaşlı kişi üç gün sonra keçinib. “Report” xəbər verir ki, dekabrın 23-də 2002-ci il təvəllüdlü Musa Hüseynov idarə etdiyi “VAZ 21 07” markalı avtomobil piyada, 1941-ci il təvəllüdlü Rafiq Məmmədovu vurub. Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, kişi ötən gün xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş