Biləsuvar sakini dəm qazından boğularaq ölüb
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Ovçubərə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü İbabəyli Rəşad Əlibala oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş