Odun parçası ilə 85 yaşlı anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Qubada odun parçası ilə 85 yaşlı anasını döyərək qətlə yetirməkdə təqsirləndirilən Zülfüqar İsmixanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Report”un əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 14 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Quba rayonunun Bağbanlar kəndində qeydə alınıb. İttihama görə, 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanov spirtli içki təsiri altında anası, 1938-ci il təvəllüdlü Zöhrə İsmixanovaya odun parçası ilə zərbələr vurub. Nəticədə qadın aldığı xəsarətlərdən ölüb. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirli bilinib.
Facebook-da paylaş