Qazaxda yük avtomobili qadını vuraraq öldürüb


Qazaxda ölümlə nəticələnən yol qəzası olub.

Şəffaflıq.az xəbər verir ki, hadisə Çaylı kəndində qeydə alınıb.

Səmədov Elnur Mirzəli oğlu idarə etdiyi “Hova” markalı yük avtomobili ilə piyada, 1957-ci il təvəllüdlü Məmmədova Humayə Ocaxverdi qızını vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}