Xaçmazda göbələkdən zəhərlənən iki qadın ölüb


Xaçmaz rayonunda göbələkdən zəhərlənən iki qadın ölüb.

Bildirilib ki, oktyabrın 24-ü saat 01:00 radələrində 1985-ci il və 1977-ci il təvəllüdlü iki qadın göbələk zəhərlənməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün təcili tibbi yardım avtomobili vasitəsilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyəsinə qərar verilib. Təxliyə zamanı 1977-ci il təvəllüdlü qadının xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

1985-ci il təvəllüdlü qadın isə kəskin ağır və ekzotoksiki şok vəziyyətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Bütün reanimasiyon tədbirlərin aparılmasına və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}