Ağcabədidə qardaşı arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub


Ağcabədidə qardaşı arvadını öldürməkdə təqsirləndirilən Məhərrəmov Elgiz Sərhad oğluna hökm oxunub.

Şəffaflıq.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən Elgiz Məhərrəmov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin may ayında Ağcabədi rayonunda baş verib. İttihama görə, Elgiz Məhərrəmov rayonun Sarıcalı kəndi ərazisində yerləşən evdə qardaşı arvadı Nəzmiyyə Məhərrəmovaya bıçaqla xəsarət yetirərək öldürməkdə təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}