Yol polisi səkiylə hərəkət edən sürücülərə xəbərdarlıq edib
Bəzi sürücülər piyadaların rahat və təhlükəsizliyi üçün nəzərdə tutulmuş səkilərdə nəqliyyat vasitələrini saxlayır. O bildirib ki, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları piyadaların iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir: “Səkidə nəqliyyat vasitəsini saxlayan və yaxud ora ilə hərəkət edən sürücülər piyadaların hərəkətinə maneə yaradır. Piyadalar məcburi olaraq yolun hərəkət hissəsinə düşməli olurlar. Bu zaman piyadaların iştirakı ilə baş verə biləcək yol qəzalarına real zəmin yaradır. Təbii ki, idarə tərəfindən səkilərdə nəqliyyat vasitəsini saxlayan və yaxud ora ilə hərəkət edən sürücülər barəsində qanunamüvafiq addımlar atılır”. Bölmə rəisi qeyd edib ki, piyadalar tərəfindən idarəyə moped və motosikletlərin səkilərdə hərəkət etməsi ilə bağlı şikayətlər daxil olur: “Həmin şikayətlər araşdırılır. Həmin sürücülər qanunauyğun qaydada cəzalandırılır. Çünki qanunaziddir və öz növbəsində yolverilməzdir. Belə sürücülər aşkarlanaraq cərimələnir”. Şəffaflıq.az
Facebook-da paylaş