Qaradağda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Qaradağ rayonu Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, 68 yaşlı Həziyev Səfəralı Məstalı oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə hərəkətdə olarkən tikinti materialları daşıyan yük avtomobili ilə toqquşub. Ağır bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb. Meyit təcili tibbi yardım briqadası tərəfindən aidiyyəti üzrə təhvil verilib. Hadisənin təfərrüatı araşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş
