Xocəsəndə avtomobil iki piyadanı vurub, biri ölüb
Xocəsəndə avtomobil iki piyadanı vurub. Şəffaflıq.az xəbər verir ki, Şamo Məmmədov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə piyadalar - Yadulla Zeynallı və Elxan Mirzəyevi vurub. Hər iki piyada xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Yadulla Zeynallı ölüb. Faktla bağlı Qaradağ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş