Balakəndə evdə tək qalan psixi xəstə yanaraq ölüb
Balakəndə yanıq xəsarətləri alan 34 yaşlı kişi ölüb. Şəffaflıq.az-ın məlumatına görə, rayonun Xalatala kənd sakini, 1990-cı il təvəllüdlü Ramazan Məhəmməd oğlu Qarayev evdə tək olduğu zaman içəridə ocaq qalayıb və yanıq xəsarətləri alıb. 34 yaşlı R.Qarayev aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş