Göyçayda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb


Göyçayda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb.

Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Fərid Babayev saxlanılıb.

Ona məxsus fermadan kultivasiya edərək yetişdirdiyi çətənə kolları, marixuana və tüfəng aşkar edilib.

Keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb. Həmin şəxslərdən heroin, marixuana və metamfetamin aşkarlanıb.

Saxlanılan şəxslərdən biri olan Fərid Qəribovun rayon ərazisində avtomobil qaçırdığı da
müəyyən olunub.

Aşkar olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}