Sumqayıtda 20 yaşlı fəhlə yüksəklikdən yıxılaraq ölüb
Sumqayıt şəhərində 20 yaşlı fəhlə iş zamanı yüksəklikdən yıxılaraq ölüb. Şəffaflıq.az məlumat verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən tikintilərdən birində qeydə alınıb. 2004-cü il təvəllüdlü Səfəralı Faiq oğlu Səfərov iş zamanı yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş