İsmayıllıda saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib
İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədri olan Cahangir Surxayev barəsində həbs qətimkan tədbiri seçilib. Şəffaflıq.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində C.Surxayev dörd ay müddətinə həbs edilib. Qeyd edək ki, o ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onunla birgə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov da tutularaq istintaqa cəlb olunub. İndiyə qədər Ə. Süleymanov barəsində məhkəməyə təqdimat daxil olmayıb.
Xəbəri paylaş
Facebook-da paylaş