Qusarda narkotik bitkilər məhv edilib


Qusarda 1 ton 410 kq çətənə kolu məhv edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2024" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zindan Muruq kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1 ton 410 kiloqram olan 824 ədəd çətənə kolu yandırılaraq məhv edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}