Tovuzda avtomobil traktorla toqquşub, üç nəfər yaralanıb


Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Şəffaflıq.az-ın Qərb bürosunun məlumatına görə, minik avtomobilinin traktorla toqquşması nəticəsində Şəmkir rayon sakinləri, 1992-ci il təvəllüdlü R. Məmmədov, 1982-ci il təvəllüdlü S. Məmmədov və Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü P. Rüstəmov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}