Oğuzda irigövdəli ağacın budağı qırılaraq avtomobil yolunu bağlayıb


Oğuz rayonunda irigövdəli ağacın budağı qırılaraq avtomobil yolunu bağlayıb.

Şəffaflıq.az-ın Şimal-qərb bürosunun məlumatına görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində irigövdəli ağacın budağı qırılaraq yolun hərəkət hissəsinə düşüb.

Nəticədə yolda hərəkət qismən dayanıb.

Dərhal əraziyə cəlb olunan aidiyyəti qurumlar tərəfindən yolda hərəkətin bərpası istiqamətində işlər aparılıb və yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}