Ermənistanda Kuba vətəndaşı döyülərək öldürülüb
Ermənistanın paytaxtı İrəvanda Kuba vətəndaşı 39 yaşlı Enrike Mauris Ramires döyülərək ağır xəsarətlər alıb. Bu barədə Şəffaflıq.az yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, o, iyunun 25-də tibbi yardım üçün müraciət edib. Qeyd edilir ki, Kuba vətəndaşı müalicə aldığı xəstəxanada ölüb. Hadisə ilə bağlı cinayət işi başlanıb.
Xəbəri paylaş
Facebook-da paylaş