Abşeronda qətl törətməkdə şübhəli bilinən Pakistan vətəndaşının cinayət işinin istintaqı tamamlanıb
Abşeron rayonu ərazisində qətl törətməkdə şübhəli bilinən Pakistan vətəndaşının cinayət işinin istintaqı tamamlanıb. Bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib. Shabbir Asad Ahmad Shabbirə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29, 120.2.2, 29, 120.2.4, 29, 120.2.7 və 29, 120.2.9-cu (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə və xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanan cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Şəffaflıq.az
Bildirilib ki, istintaqla Pakistan vətəndaşı 2001-ci il təvəllüdlü Shabbir Asad Ahmad Shabbirin Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək həmvətənliləri Mehmood Shawaiz Ahmad Mehmoodu qəsdən öldürməsi, Raza Muhammad Ahmad Khan Muhammad Amir Qadeeri isə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Facebook-da paylaş