Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var


Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Şəffaflıq.az-ın Qərb bürosunun məlumatına görə, "Üç yol" deyilən ərazidə iki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Tural Abdullayev və 1995-ci il təvəllüdlü Bayram Bayramlı xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}