Sumqayıtda dənizdə batan qadının meyiti tapılıb
Ötən gün Xəzər dənizin "Sumqayıt bulvarı" ərazisindən keçən hissəsində batan qadının meyiti tapılıb. Şəffaflıq.az-ın yerli bürosu məlumat verir ki, araşdırmalarla meyitin 1962-ci il təvəllüdlü Şərahət Əsəd qızı Şöyübovaya aid olduğu müəyyənləşib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisənin səbəbi araşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş