Gəncədə törədilən qətlin təfərrüatları məlum olub.


Gəncədə törədilən qətlin təfərrüatları məlum olub.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən 1979-cu il təvəllüdlü İ.Hüseynova hadisəni törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü M.Quliyevlə qeyri-rəsmi münasibətdə olub.

M.Quliyev, həmçinin 1999-cu il təvəllüdlü A.Ağalarovun bıçaqlamaqda da şübhəli bilinir.

Şübhəli daha sonra özünün qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. O, ağır halda xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatına alınıb. Digər yaralı isə şəhərin digər xəstəxanasına çatdırılıb.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}