Lənkəranda itkin düşən şəxsin körpüdən yıxılaraq öldüyü məlum olub
Lənkəranda ötən gün itkin düşən 35 yaşlı kişinin körpüdən yıxılaraq öldüyü məlum olub. Şəffaflıq.az-ın Cənub bürosunun məlumatına görə, bu gün rayonun Sütəmurdov kənd sakini Rəhimov Vüsal Əliqulu oğlunun meyiti “Dəhnə” deyilən ərazidəki körpünün altından tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər. İlkin rəyə görə, mərhum ehtiyatsızlıqdan körpüdən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş