Lənkəranda evdə yaşlı qadın meyiti tapılıb


Lənkəran rayonunda evdə yaşlı qadın meyiti tapılıb.

Şəffaflıq.az-ın cənub bürosunun məlumatına görə, Lənkəran şəhəri Balaməmməd küçəsi, 4 ünvanındakı binanın sakinləri tərəfindən polis şöbəsinə mənzillərin birindən kəskin qoxu gəlməsi ilə bağlı məlumat daxil olub.

Mənzilə baxış zamanı 68 yaşlı ev sakini Şərqiyyə Rəhim qızı Rəhimovanımn meyiti aşkar olunub.

İlkin məlumata əsasən, qadın dörd gün əvvəl ölüb. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}