Bakıda iki yaşlı körpəni avtomobil vuraraq ağır xəsarət yetirib
Bakının Xətai rayonunda iki yaşlı körpənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az un məlumatına görə, hərəkətdə olan avtomobil 2022-ci il təvəllüdlü H.Z-nı vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Azyaşlının vəziyyəti ağır qiymətləndirilir. Hadisənin təfərrüatı araşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş