Şirvan sakini həyətdə ocaq qalayan zaman yanıq xəsarətləri alıb.


Şirvan sakini həyətdə ocaq qalayan zaman yanıq xəsarətləri alıb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Neftçi küçəsi 17-də qeydə alınıb.

Həmin ünvanda yaşayan, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Gözəlov Cəfərqulu Ağacəfər oğlu həyətdə qaladığı ocağa benzin tökərkən anidən alov onu tutub.

Yanıq xəsarətləri alan C.Gözəlov Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım alıb, vəziyyəti nəzərə alınaraq Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}