İndoneziyada piton qadını udub.


İndoneziyada piton qadını udub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Detik” portalı məlumat yayıb.

Qeyd olunub ki, hadisə Cənubi Sulavesi əyalətindəki kəndlərdən birində baş verib.

Belə ki, 45 yaşlı Fəridə adlı qadın iyunun 6-da yoxa çıxıb.

Axtarışlar zamanı kəndlilər qadının itkin düşdüyü yerin yaxınlığında qarnı şiş vəziyyətdə olan 5 metrlik pitona rast gəliblər. İlanı öldürən kənd sakinləri onun qarnından qadının cansız bədənini çıxarıblar.

İndoneziyada pitonun insanı udması ilk dəfə deyil. Oxşar hadisə 2022-ci ildə də qeydə alınıb. Piyon ilanın qurbanı plantasiyada işləyən 54 yaşlı qadın olub.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}