Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyevlə vida mərasimi keçirilir


Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış İmaməliyev Arif Ələkbər oğlu ilə vida mərasimi keçirilir.

Şəffaflıq.az xəbər verir ki, Bakının Suraxanı rayonunda keçirilən mərasimdə mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Onun nəşi Suraxanı Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, A.İmaməliyev 1960-cı ildə Bakı şəhərində anadan olub, 1994-cü il fevralın 15-də Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşüb."Report" 



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}