​​​​​​​Sumqayıtda yanğında ana və övladları tüstüdən zəhərlənib


Sumqayıt şəhərində yerləşən mənzillərin birində baş verən yanğında ana və övladları tüstüdən zəhərlənib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 8-ci mikrorayon adlanan ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.

Nəticədə 1996-cı il təvəllüdlü Heydərova Nuranə Zahid qızı və onun iki övladı - 2015-ci il təvəllüdlü Cəbrayılov Nihad İbrahim oğlu və 2018-ci il təvəllüdlü Cəbrayılov Renat İbrahim oğlu yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}