Hindistanın mərkəzi hissəsində yerləşən Çxattisqarx ştatında maoçu yaraqlılarla silahlı toqquşma nəticəsində 3 polis ölüb, 14-ü yaralanıb.
Hindistanın mərkəzi hissəsində yerləşən Çxattisqarx ştatında maoçu yaraqlılarla silahlı toqquşma nəticəsində 3 polis ölüb, 14-ü yaralanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb. Ekstremistlər ştatın bir neçə yaşayış məntəqəsində reydlər keçirən hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar. Yaraqlılar arasında itkilər barədə məlumat yoxdur. Hindistanda maoçular 1960-cı illərdən bəri ölkəyə silahlı basqınlar həyata keçirirlər. Onlar maoizm və marksizm-leninizmin özlərinə aid versiyalarını təbliğ edirlər və hazırda Hindistanın 28 əyalətindən 14-də fəaliyyət göstərirlər. Maoçular deyirlər ki, onlar yoxsul kəndliləri “kapitalist zülmündən” azad etmək niyyətindədirlər və tez-tez yerli əhalidən dəstək alırlar. Onlar cəngəllikdə gizlənib kəndlərə, məmurlara və polisə hücum edirlər. Hərəkatın üzvləri bir neçə il əvvəl "qırmızı dəhlizdə" - Nepaldan Cənubi Hindistana qədər "kapitalizmdən azad" zonalar yaratmağa söz veriblər. Yeni Dehli maoçuları əsas daxili təhlükələrdən biri hesab edir.
Facebook-da paylaş