Gəncədə su anbarına düşən 9 yaşlı uşaq xilas edilərək xəstəxanaya yerləşdirilib
Gəncədə su anbarına düşən 9 yaşlı uşaq xilas edilərək xəstəxanaya yerləşdirilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin “112" qaynar telefon xəttinə Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində 1 nəfərin su anbarına düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2015-ci il təvəllüdlü Y.Quliyev binanın həyətində oynayarkən qəflətən dərinliyi təqribən 7 metr olan boş su anbarına düşərək təhlükəli vəziyyətdə qalıb. Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələrilə uşağı anbardan çıxararaq, təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırıblar.Şəffaflıq.az
Facebook-da paylaş