Azərbaycan Almaniya ilə "yaşıl enerji" keçidi ilə bağlı siyasəti müzakirə edib
Azərbaycan Almaniya ilə ölkənin "yaşıl enerji" keçidi ilə bağlı siyasətini müzakirə edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb. P. Şahbazov Azərbaycanda səfərdə olan Almaniyanın xarici işlər nazirinin müavini Cennifer Morqan ilə görüşüb. Görüşdə Azərbaycanın "yaşıl enerji" keçidi ilə bağlı siyasəti, həyata keçirilən istehsal-ixrac layihələri müzakirə edilib. "Görüş zamanı həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində fəaliyyətlə bağlı məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb", - nazir bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş