TƏBİB: Cəlilabadda ölən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub
TƏBİB Cəlilabad rayonunda ölən körpə ilə bağlı açıqlama yayıb. “Report”un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 27.01.2024-cül il tarixində Cəlilabad rayonunun Günəşli kənd sakini 2023-cü il təvəllüdlü azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub, zəruri tibbi xidmət göstərilib. Həkimlərin bütün səylərinə baxmayaraq, 28.01.2024-cü il tarixində saat 19:40 radələrində ölüm qeydə alınıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş