Türkiyə Mosulda yenidən baş konsulluq açacaq - Kərkükdə də açılması planlaşdırılır
Şəffaflıq.az xəbər verir ki,Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 2014-cü ildə İŞİD terrorçularının basqınından sonra bağladılmış Mosul Baş Konsulluğunun yenidən açılacağını bildirib. Çavuşoğlu deyib: “Mosul və Bəsrə baş konsulluqlarımızı yenidən fəaliyyətə keçiririk. Nəcəf və Kərkük şəhərlərində isə ilk dəfə baş konsulluqlarımızı açmağa çalışırıq”.
Xəbəri paylaş
Facebook-da paylaş