Çavuşoğlu yeni əməliyyatın başlanacağını XƏBƏR VERDİ

 

Şəffaflıq.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fərat çayının şərq sahilində aparılması gözlənilən əməliyyatla bağlı açıqlamasında deyib: “Bölgəni terrorçulardan təmizləyərək ölkəmizin təhlükəsizliyini təmin eləmək niyyətimiz qətidir”.

Çavuşoğlu “Tvitter” səhifəsində yazıb: “Suriyadakı böhran başlanandan bəri bu ölkənin ərazi bütövlüyünü dəstəklədik, bundan sonra da dəstəkləməyə davam edəcəyik. Bölgəni terrorçulardan təmizləyərək ölkəmizdəki sabitliyi və təhlükəsizliyi təmin eləmək qərarımız qətidir. Suriyada da dinclik, sülh və sabitliyin bərqərar olmasına yardım edəcəyik”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}