Ərdoğandan yeni əməliyyat anonsu: “Çox yaxında quru qüvvələrimiz bölgəyə daxil olacaq”


 


Şəffaflıq.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt Zəfərinin 948-ci ildönümünə həsr edilmiş tədbirdə çıxış edərkən Suriyanın Fərat çayının şərq sahillərindəki əraziləri terrorçulardan təmizləmək üçün çox yaxın bir zamanda Türkiyə hərbçilərinin oraya daxil olacağını bildirib.

Ərdoğan deyib: “Daxildə və xaricdə terrorla mübarizə aparırıq. Fərat çayının şərq sahili üçün prioritetimiz diplomatiyadır. Lakin nəticə əldə edə bilməsək, öz planlarımızı həyata keçirəcəyik. Silahlı Pilotsuz Uçuş Aparatlarımız, Pilotsuz Uçuş Aparatlarımız və vertolyotlarımız bölgəyə daxil olub. Çox yaxında quru qüvvələrimizin də bölgəyə daxil olmasını gözləyirik. Hava və quru qüvvələrimiz ilə bölgəyə daxil olduğumuz zaman vəziyyəti daha aydın görəcəyik”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}