Ağdaşda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib
Ağdaş rayon sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri qanunsuz saxladıqları 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
