Cəbrayılda silah-sursat tapılıb
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, polis əməkdaşları 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan, patronlar və digər sursatlar aşkar edərək götürüb. Bundan əlavə, keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan 3 ov silahını da polis əməkdaşlarına təhvil verib. Bu istiqamətdə tədbirlər davam etdirilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
