“Qarabağ” Azərbaycan çempionatlarında son 25 ilin rekorduna imza atıb
Premyer Liqanın 2023-cü ildə keçirilən oyunlarında “Qarabağ” hamıdan çox qol (88) vurmaqla Azərbaycan çempionatlarında son 25 ilin rekorduna imza atıb. Şəffaflıq.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu toplardan 45-i cari mövsümün ilk, 43-ü isə ötən mövsümün ikinci yarısına təsadüf edib. 1998-ci ildən sonrakı dövr üçün əvvəlki rekord 87 qola bərabər idi. Buna 2022-ci ildə nail olan Ağdam klubu öz göstəricisini 2023-cü ildə yaxşılaşdırıb. Daha çox qola sonuncu dəfə 1998-ci ildə “Kəpəz” imza atıb. Qərblilər həmin vaxt 91 dəfə fərqləniblər. “Qarabağ”ın ötənilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır. 1995-ci ildə “Kəpəz” eyni sayda fərqlənib. Qeyd edək ki, mütləq rekord 1992-ci ildə 104 qol vuran “Neftçi”yə məxsusdur. Bir təqvim ilində 75 və daha çox qol vuranlar: 1. “Neftçi” – 104 (1992) 2. “Xəzər” (Sumqayıt) – 100 (1992) 3. “Kəpəz” – 91 (1998) 4-5. “Kəpəz” – 88 (1995) 4-5. “Qarabağ” – 88 (2023) 6. “Qarabağ” – 87 (2022) 7. “Neftçi” – 78 (1996) 8. “Kəpəz” – 76 (1992)
Facebook-da paylaş