İsrail səfirliyi Azərbaycan xalqını təbrik edib
İsrailin ölkəmizdəki səfirliyi Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə səfirliyin X sosial şəbəkəsindəki hesabında paylaşım olunub. “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi təbrik edirik! Qoy bu yeni il hər birimiz üçün firavanlıq, əmin-amanlıq və sülh gətirsin! Bayramınız mübarək!”, - paylaşımda qeyd olunub.
Xəbəri paylaş
Facebook-da paylaş